Bu qeyri-adi avtomobilin debütü İtaliyada keçirilib.
İş ondadır ki, bu avtomobilin yaradılmasında Suzuki şirkəti iştirak etməyib. Yapon markası yalnız Misano layihəsinin əsas texniki tərəfdaş kimi çıxış edib. Misano spidsteri Turində yerrləşən Avropa Dizayn İnstitutunun (IED - Istituto Europeo di Design) layihəsidir. Suzuki ilə yanaşı layihənin sponsorları Pirelli və OZ Racing şirkətləri də olublar.
Avtomobilin inşası ilə Almaniyanın EDAG konstruktor bürosu və İtaliyanın Torino Crea Engineering birbaşa iştirak ediblər.