AVTO

29 Aprel

Volkswagen yeni krossover təqdim edib

Volkswagen ID.4 elektrik krossoveri bazara bir neçə versiyada daxil olub, lakin bütün modifikasiyalar yalnız bir elektrik mühərriki və arxa ötürmə ilə təklif edilirlər.

Texniki cəhətdən Volkswagen ID.4 GTX krossoveri qohum Skoda Enyaq iV RS krossoveri ilə demək olar ki, eynidir. Arxa oxda adi versiyalarda olduğu kimi204 at qüvvəli elektrik mühərriki quraşdırılıb. İkinci mühərrik isə ön təkərləri hərəkətə gətirir. Ancaq Volkswagen krossoverinin ümumi gücü nədənsə Skoda krossoverinin gücündən azdır:  306 at qüvvəsinə qarşı 299 at qüvvəsi. Üstəlik, bu göstərici yalnız 30 saniyə ərzində əlçatandır, bundan sonra elektrik mühərriklərinin ümumi hasilatı azaldılır.

Tam ötürməli GTX versiyasının Avropa bazarındakı satışlarına yay aylarında başlanacaqdır. Almaniyada ID.4 GTX modelinin qiyməti 50.400 avrodan başlayır. Müqayisə üçün, 245 at qüvvəli Volkswagen Tiguan krossoverinin qiyməti  45.800 avrodan başlayır.