Tutumlu salona malik olan minivenlər yavaş-yavaş krossoverlər tərəfindən effektiv şəkildə bazardan çıxardılır.
Məsələn, Toyota Sienna ən yaxşı illərində ABŞ-da ildə 160 min nesxəlik tirajla satıllrdı, 2020-ci ili isə, yapon miniveri 43 minlik satış rəqəmi ilə başa vurub. Miniven istehsalçıları çıxış yolunu "krossover" fəndlərini tətbi etməkdə görürlər. Misal üçün, yeni nəsil Kia Carnival miniveni krossven kimi mövqeləndirilir. Toyota da Sienna miniveninin Woodland Adventure Special Edition adlı “kross” versiyasını hazırlayıb.