AVTO

27 Aprel

Rumın markasının yeni modeli

İspaniyanın km77 nəşrinin jurnalistlərinin keçirdiyi testlərdən uğurla çıxan təkcə Dacia Spring elektrokarı olmayıb.

Rumın markasının digər modeli - yeni nəsil Dacia Sandero Stepway krossoveri də bu testlərdən uğurla çıxıb. "Sığır” testi zamanı krossover əla nəticə göstərərək jurnalistləri təəccübləndirib. Yeni Dacia Sandero Stepway ilk cəhdində heç bir konusu yıxmadan 73 km/saat sürətilə “sığır” testini uğurla yerinə yetirib. Lakin 78 və 80 km/saat sürətlərində avtomobil,dönmə çatışmamazlığı ucbatından  sınağı "təmiz" tamamlaya bilməyib.