Azərbaycanda ilkə imza atan “FAW” markası əməkdaşlıq müqaviləsinə əsasən Qarabağ FK-nun partnyoru olacaq. 2 ay bundan öncə Qarabağ FK ilə “FAW” Azərbaycan arasında bağlanan protokol bu gün qüvvəyə minib. Onu da qeyd etmək lazımdır ki “FAW” avtomobillərinin rəsmi distribütoru “Cahan Motors” şirkətidir.
Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə əsasən əməkdaşlıq uzun müddətli olacaq və yeniliklərə imza atacaqlar. Adil Axundov həmçinin Qarabağ FK-na daim çempionlar liqasında oynamağı da arzulayıb.
Klubun direktoru Işık Emrah Çelikel bildirib ki, bu əməkdaşlıqdan olduqca məmnundurlar: “FAW” brendi ilə daha uzun müddətli işləmək və yeniliklərə imza atmaq klub üçün də xoş olar”.
Klubun baş məşqçisi Qurban Qurbanovun isə qeyd edib ki, “FAW” avtomobillərini çox bəyəniblər və ümid edirlər ki uzun müddət əməkdaşlıq edəcəklər.
Avto salonda həmçinin “FAW”ın “Bestune” və “HongQi” modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir. “FAW” brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb və avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcəklər.