Maserati markası özünün avtomobil idmanındakı 95 illik yubileyini qeyd etmək üçün Levante və Ghibli modellərinin F Tributo adlı xüsusi seriyasını hazırlayıb.
Xüsusi buraxılışın adındakı F hərfi Formula 1 çempionatının əfsanəvi pilotu Xuan Manuel Fanxionun xatirəsinə həsr edilib - 1957-ci ildə argentinalı Maserati avtomobilində çıxış edərək çempion titulunu qazanıb. Xüsusi seriyanın debüt vaxtı təsadüfən seçilməyib, çünki düz 95 il əvvəl, 25 aprel 1926-cı il tarixində Tipo26 idman avtomobilini idarə edən Alfieri Mazerati öz sinifində Targa Florio yarışında qalib gəlib.