AVTO

22 Aprel

Skoda yeni modelinin görüntülərini yayıb

Skoda şirkəti dördüncü nəsil Fabia modeli haqqında demək olar ki, hər şeyi danışıb.

Artıq hetçbekin MQB-A0 modul platformasına keçəcəyini və sələfindən xeyli böyük olacağını bilirik. Avtomobil daha geniş salona və tutumlu baqaj bölməsinə, genişləndirilmiş avadanlıq siyahısına sahib olacaq, həmçinin onun mühərrik çeşidinə 65 ilə 150 at qüvvəsi arasında gücə malik olan benzin aqreqatları daxil ediləcəkdirlər.

Bu günə qədər Fabia modelinin kamuflyajlı prototiplərini görmüşük və artıq avtomobilin özünün göstərlməsi gərəkdir. Ancaq Skoda yenidən gələcək Fabia modelinin eskizlərini dərc edib.