AVTO

22 Aprel

İlin ən yaxşı avtomobili elan olundu

World Car Awards müsabiqəsinin təşkilatçıları final səsverməsinin nəticələrini elan ediblər: 798 xal toplayan Volkswagen ID.4 elektrik krossoveri “İlin Dünya Avtomobili” adına layiq görülüb.

Baş mükafat  uğrunda mübarizədə alman krossoveri Honda e (742 xal) və Toyota Yaris (732 xal) hetçbeklərini məğlub edib.

Yeri gəlmişkən, bu avtomobillərin heç biri mükafatın ənənəvi olaraq verildiyi ABŞ-da satılmır. Ancaq ID.4 elektrokarının həqiqətən qlobal model olacağı məlumdur: elektrik krossoveri artıq Avropa və Çində buraxılır,  gələn il isə onun Şimali Amerikadakı istehsalına başlanacaqdır.

Məlum olduğu kimi, çox keçmədən arxa ötürməli ID.4 modelinə, iki mühərriklə hərəkətə gələn tamötürməli ID.4 GTX versiyası da qoşulacaqdır.