Bu yaxınlarda Daimler AG konserni Aston Martin şirkətinin 20 fazilik səhm paketini əldə edərək, Britaniya istehsalçısının ən böyük səhmdarına çevrilib.
Məlum məsələdir ki, britaniyalılar yeni unifikasiya imkanlarını nəzərə alaraq, təklif etdikləri model çeşidinin inkişaf strategiyasını yenidən nəzərdən keçiriblər. Rəsmi olaraq, yeni plan hələlik ictimaiyyətə açıqlanmasa da, “Autocar” nəşrinin jurnalistləri bu planın əsas məqamları haqqında məlumatı əldə etməyə müvəffəq olublar.
2030-cu ilədək Aston Martin markası altında istehsal edilən avtomobillərin 90 faizi hibrid və ya elektrokar olacaqdır. Qalan 10% isə daxili yanma mühərriklərini qadağan etməyə tələsməyən ölkələr üçün nəzərdə tutulub.