Toyota hibrid mühərrikli modellər dünya bazarlarında layiqincə liderliyini qoruyub saxlayırlar və Azərbaycandada inamla populyarlıq qazanmağa davam edirlər. Belə avtomobillərin nəinki sayını, həm də çeşidini artıran şirkət, Toyota-nın ən tələb olunan modellərindən biri hesab olunan “Toyota Camry” ilə, Bakıda sınaq yürüşü təşkil edib. Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı və tanınmış idmançı, olimpiya mükafatçısı Rəsul Çunayev “Camry”ni test edərək benzin və hibrid mühərrikli variantları müqayisə ediblər. Onlar sınaq yürüşü zamanı hibrid modelin üstünlüklərini, eləcə də təhlükəsizlik elementlərini sadalayıblar.
Ekologiya və ətraf mühitin çirklənməsi günümüzün ən aktual mövzularından biridir. Buna uyğun olaraq hibrid nəqliyyat vasitələrin populyarlaşması ekoloji cəhətdən təmiz bir gələcək qurmaq üçün getdikcə daha aktual bir mövzu halına gəlir.
Hibrid texnologiyası üzrə 23 ildən çox təcrübəyə sahib olan və dünyada 15 milyondan çox hibrid avtomobil satan Toyota şirkəti bu sahə üzrə artıq öz sözünü deyib.
Sınaq yürüşü zamanı Toyota hibridlərlə bağlı sərnişin və sürücülərdə yarana biləcək bütün suallar dəqiqləşdirilidi və cavablandırıldı.
Beləliklə, “Toyota Hibrid” modellərinin nə kimi üstünlükləri vardır?
- Bu modellərdə orta hesabla 1/3 daha az yanacaq sərfiyyatı və CO2 (karbon dioksid) emissiyası atılımı mövcuddur. Son 23 il ərzində 120 milyon ton CO2 emissiya tullantılarının Toyota hibrid texnologiyası sayəsində qarşısı alınıb. Bu da öz növbəsində daha sağlam bir cəmiyyətin formalaşmasına əhəmiyyətli bir töhfə deməkdir.
- Ən vacib məqam isə Toyota hibridlərini cərəyana qoşmağa ehtiyac yoxdur. Toyotanın Hibrid modelləri regenerativ texnologiya sayəsində öz-özünü mütamadi olaraq şarj edir. Hər dəfə əyləc pedalına basdıqda və ya ayağınızı qaz pedalından çəkdikdə, Toyota hibridlər batareyanı avtomatik şarj edir. Ümümi sürüşünüzün demək olar 50% -ni elektrik halda idarə edirsiniz. Təsəvvür edin, bu 50%-ə yaxın yanacağa qənaətdir. Beləliklə sürücülər rahat əyləşərək sərnişinlərlə birlikdə səyahətdən həzz ala bilərlər.
- Texniki təmiri ənənəvi benzin mühərrikli avtomobillərdən baha deyil, hələ onlardan daha ucuzdur. Tormozlama daha çox elektrik motor tərəfindən baş tutduğu üçün əyləc bəndləri geç aşınır, eləcə də, mufta, generator və starter kimi hissələr olmadığı üçün daha az dəyişim komponentləri mövcuddur.
- İngiltərədə aparılan araştırmaya görə “Toyota hibrid” avtomobili sürən şəxslərin 89%-i avtomobili idarə etdikdən sonra özlərini xoşbəxt və daha az stressli hiss ediblər. Bunun əsəs səbəbi ümumi sürüşünüzün 50%-ni sükan arxasında səssiz keçirməyinizdir.
- Hibrid komponentlərinə 5 il və ya 160.000 km (hansı tez baş verərsə) zəmanət təqdim olunur.
- Sürüş tərzinizə uyğun olaraq istədiyiniz vaxt Eco, Normal və Sport rejimlərindən birini seçmə imkanına malik olursunuz.
- Toyota keyfiyyət, dözümlülük və davamlılıq fəlsəfəsinə uyğun olaraq hər zaman yüksək qalıq dəyərini təmin edir .
Hibrid mühhərikli Toyota Camry-nin sınağı başa çatdıqdan sonra benzin mühərrikli Toyota Camry modeli sınaqdan keçirildi. Məşhur idmançı Rəsul Çunayev Toyotanın TSS (Toyota Safety Sense) təhlükəsizlik sistemləri olan “Toqquşmanın qarşısını alan funksiyası (PCS)”, “Adaptiv Kruiz kontrol funksiyası (ACC)”, “Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası (LDA)” və “Yaxın-uzaq işığın avtomatik dəyişmə funksiyası (AHB)” ilə yaxından tanış oldu. Əlavə olaraq Toyota-nın Yeni Qlobal Arxitekturası (TNGA) adlandırdığı yeni istehsal strategiyasıda sınaq yürüşü müddətində müzakirə olundu. TNGA platforması Toyotanın “ən yaxşı avtomobili yaratmaq” məqsədinin parçasıdır. Artıq TNGA platforması ilə istehsal olunan Toyota avtomobilləri daha çox kuzov sərtliyinə,yaxşılaşdırılmış komforta, aerodinamikaya və kabin daxilində daha geniş görüş bucağı ilə təmin olunurlar. Bir sözlə sürücü və sərnişinlər üçün Toyotanın missiyası ideal avtomobil yaratmaqdır.
Toyota Qafqaz şirkətinin nümayəndəsi Sabir Kazımzadə Toyota-nın 2050 Ətraf Muhit Hədəfləri haqqındada məlumat verdi:
“Toyota” 2050-ci ilə kimi ətraf mühitin qorunması ilə bağlı konsepsiya hazırlayan və qəbul edən ilk şirkətdir. Şirkət 2050-ci ilə kimi qarşısına 6 hədəf qoyub:bunlar avtomobillərdə Co2 tullantısını 90%-ə dək azaltmaq, avtomobil həyat dövrünün hər mərhəsində Co2 emissiyasını 0-a bərabər etmək, zavodlarda istehsal prosesində Co2 emissiyasını ləğv etmək, istehsal zavodlarında su istifadəsini minimum səviyəyə endirmək, təkrar emal edən bir cəmiyyət formalaşdırmaq və sonda təbiətlə vəhdətdə olan bir cəmiyyətin yaranmasında rol oynamaqdır.”
Sonda ekspert Elməddin Muradlı qeyd etdi ki, Azərbaycanda hibrid avtomobillərinə maraq böyükdür. Ancaq təəssüf ki, bu cür texnologiyalara gömrük və ƏDV güzəşti olmadığı üçün rüsumlar ənənəvi benzin/dizel mühərrikli avtomobillərdən fərqlənmir. Bir çox ölkələrdə hibrid avtomobillərin idxalına 50% endirim tətbiq olunur hansı ki buda öz növbəsində istehlakçılara yeni hibrid avtomobillərini daha sərfəli qiymətlərlə əldə etməsinə şərait yaradır. Əlbəttə ki, yeni avtomobil daha təhlükəsiz nəqliyyat növüdür və eyni zamanda ətraf mühitin qorunması baxımından daha səmərəlidir. Bütün bunları nəzərə alaraq Azərbaycandada rüsümların endirilməsinə ehtiyac var.