AVTO

21 Aprel

Audi yeni modelini nümayiş etdirib

Bu gün Şanxay Beynəlxalq Avtomobil Salonu öz qapılarını mətbuat nümayəndələri üçün açıb – bu sərgu ilin əvvəlindən bəri avtomobil sənayesində baş verən ən böyük hadisədir.

Xatırladaq ki, pandemiya səbəbi ilə digər sərgilər ləğv ediliblər. Avtomobil istehsalçıları sərgiyə yaxşı hazırlaşıblar: kifayət qədər yeni modellərin təqdim olunacağı gözlənilir və onların əksəriyyəti qlobal modellərdir. Məsələn, bu şəkildəki konsept avtomobili gələcək nəsil Audi A6 modelinə olan baxışı nümayiş etdirmək vəzifəsini icra edir. Üstəlik, şirkət nümayəndələri onun mücərrəd bir şou avtomobili olmadığını söyləyirlər: seriya modeli konsepti 95% təkrarlayacaqdır.