2022-ci ilin ilk yarısında Mercedes-Benz model cərgəsi T-Class sərnişin miniveni ilə tamamlanacaqdır.
Üstəlik, minivenin sırf elektrik ötürməsi ilə hərəkətə gələn EQT versiyası da olacaqdır. Mercedes-Benz Vans bölməsi yeni minivenin tizerini yayımlayaraq, onun təqdimat tarixini açıqlayıb - 10 may 2021-ci il. Concept EQT miniveninin yeganə görüntüsünü müşayiət edən mətn, şirkətin sadəcə konsept deyil, həm də yığcam minivenin seriya variantına daha yaxın olan elektrik versiyasını təqdim edəcəyin bildirir. Yəqin ki, elektrik minivenin eksteryerinə baxaraq, daxili yanma mühərriki ilə təchiz edilən T-Class modelinin dizaynı barədə mühakimə yürütmək mümkün olacaqdır.
Mercedes-Benz Vans bölməsi V-Class modelinin “uğurlu formulunu” daha yığcam formata uyğunlaşdıracağını vəd edir. Odur ki, minivenin geniş salona, çoxsaylı elektron sistemlərə və inkişaf etmiş multimedia texnologiyaların sahib olacağından şübhə etməmək gərəkdir .