Bu il Mercedes-Benz şirkəti Maybach markasının 100-iilik yubileyini qeyd etməyə hazırlaşır.
Burada təəccüblü bir şey yoxdur, yalnız xırda bir detaldan başqa. Bu gün alman istehsalçısı ekstra uzunluğa malik olan S-Class sedanının tizerini dərc edərək, mətbuat açıqlamasını yayımlayıb. Açıqlamada yubiley avtomobilinin 1922-ci ilin Maybach 22/70 HP W3 modelinə ithaf olunduğu bildirilir.