Spotify şirkəti axın servisində musiqi və podkastları dinləmək üçün hazırladığı Car Thing (“Avtomobil Əşyası”) adlı avtomobil pleyerini təqdim edib.
Zahiri cəhətdən cihaz GPS naviqatoruna bənzəyir: cihaz havalandırma sisteminin deflektoruna və ya alın şüşəsinə quraşdırıla bilən plastik gövdədəki kiçik ekrandan ibarətdir. Spotify şirkəti pleyerlərin ilk partiyasını ABŞ-da pulsuz paylayacağına söz verib, lakin aksiyada iştirak etmək üçün bir sıra şərtlərə əməl etmək gərəkdir.