AVTO

15 Aprel

Daha bir Çin istehsalı olan avtomobil təqdim olundu

Çinin Xpeng Motors şirkəti üçüncü modelini - P5 elektrik sedanını təqdim edib.

İstehsalçı onu "lidarı olan ilk kütləvi “ağıllı” avtomobil" adlandırır. Xpeng P5 modelindəki lazer məsafəölçəni, 360 dərəcə baxışı və üçüncü dərəcəlik avtonomluğu təmin edən və ümumilikdə 32 fərqli sensora əsaslanan XPilot 3.5 avtopilotunun işləməsi üçün tələb olunur.