AVTO

15 Aprel

Audi yeni modellərini təqdim edib

Audi şirkəti MEB modul platformasında inşa edilmiş ilk modelini - Q4 e-tron krossoverini təqdim edib.

Yeni elektrokar, keçən il təqdim edilmiş Skoda Enyaq iV və Volkswagen ID.4 elektrokarlarının premium analoqudur və onlardan əsasən dizaynı və təchizatı ilə fərqlənir. Eyni zamanda, Audi şirkəti kross-kupe kuzovuna malik olan modifikasiyanı da nümayiş etdirib: Volkswagen və Skoda krossoverləri də belə versiyaya sahib olacaqlar, lakin daha sonra.