Polestar 2 liftbeki bazara keçən ilin əvvəlində çıxıb, lakin bu günə qədər yalnız iki mühərrik ilə hərəkətə gələn ən bahalı tamötürəli versiyalarda satılıb.
Elektrik güc qurğusunun maksmal hasilatı 408 at qüvvəsi və 660 Nm təşkil edir. 78 kilovat-saatlıq batareya sayəsində elektrokar WLTP dövrünə əsasən 450 kilometr qət edir. Elektrik liftbekinin ətrafında yaranmış hay-küyün azalmağa başladığı anda, şirkət bazara daha sadə variantları çıxarmaq qərarına gəlib. İki sadə versiya təklif olunur və onların hər ikisi də, ön oxda yerləşdirilmiş yeganə elektrik mühərriki ilə təchiz edilirlər.