AVTO

14 Aprel

Nissan xüsusi nəşrini hazırlayıb - FOTO

Nissan şirkəti GT-R Nismo kupesinin xüsusi buraxılışını təqdim edib.

Kupe yeni loqotipi, çoxlu sayda karbon detalları və yapon sportkarlarının tarixindəki ən böyük əyləc disklərini əldə edib. Məhdud saylı tirajla buraxılacaq Nissan GT-R Nismo Special Edition modeli bu ilin payızında satışa çıxarılacaqdır. Xüsusi seriyadan olan sportkar adi GT-R modellərdən Nismo Stealth Grey rəngli kuzovu, qırmızı haşiyəsi olan 20-düymlük Rays təkər diskləri və standart kapotdan 100 qram yüngül olan karbon kapotu ilə fərqlənir.