AVTO

14 Aprel

Toyota yeni modelini buraxacaq

Toyota Crown adı avtomobil sənayesindəki ən qədim adlardan biridir.

Belə adlanan ilk model 1955-ci ildə işıq üzü görüb, indi isə Yaponiyada Crown modelinin on beşinci nəsil satılır. Üstəlik, bu avtomobillərin forma faktoru tarix boyu dəyişməyib: bu modellər uzunlamasına yerləşən mühərrikə və "əsas" arxa ötürməyə malik olan klassik minik avtomobilləridir.

Əvvəllər Toyota Crown modeli üçün müxtəlif kuzovlar təklif edilirdisə, cari nəsil yalnız sedan kuzovu ilə buraxılır. Ancaq tezliklə hər şey dəyişəcəkdir: Crown krossover olacaqdır!