AVTO

13 Aprel

Geely X3 modeli yenilənərək Pro indeksini alıb

2017-ci ildə debüt etmiş Geely Vision X3 krossoveri dünyaya Geely SC5-RV hetçbeki olaraq gəlmişdi.

Lakin istehsalçı həyat yolunun başlanğıcında uğursuzluqla üzləşən modeli krossoverə çevirməyə qarar verib. Modelin kuzovu və interyeri ciddi şəkildə dəyişdirilib və nəticədə 4005 millimetrlik krossover peyda olub. İndi isə, Geely şirkəti krossoveri yeniləyərək onu son firma dizayn üslubuna uyğunlaşdırıb və Çində populyar olan Pro indeksi ilə təmin edib.