Almaniyanın Lightweight Performance studiyası BMW M2 Competition kupesini tüninq edərək kupenin güc aqreqatının hasilatını 740 at qüvvəsinə və 880 Nm fırlanma anına çatdırıb.
Bu layihə 2 Series modelinin təkmilləşdirilməsinin sona çatdırır və Finale Edition adlanır. Adi M2 modeli ilə müqayisədə hasilat iki dəfə artırılıb. Layihənin əsası olaraq 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilən modifikasiya götürülüb.