AVTO

13 Aprel

Lexus yenilənmiş modelini bu ölkədə təqdim edəcək - VİDEO

Bu gün Lexus markasının təklif etdiyi yeddinci nəsil ES sedanı həyat dövrünün tam ortasına yaxınlaşıb: ilk dəfə yeni modeli 2018-ci ildə Pekin avtosalonunda nümayiş etdiriblər.

Bu günlərdə premium yapon markası sedanın yenilənmiş versiyasını təqdim edəcəyi bildirib. Yenilənmiş modelin təqdimatı iki il əvvəl olduğu kimi Çində, ancaq Pekində deyil, Şanxayda keçiriləcək.

Lexus ES modelinin salonunda və texniki hissəsində baş verəcək dəyişikliklər barədə nə isə söyləmək mümkün deyil. İstənilən halda, daha ətraflı təfərrüatları öyrənmək üçün 19 aprel tarixini gözləmək gərəkdir.