AVTO

13 Aprel

Bu küçədə geriyə dönən sürücülərə daha cərimə yazılmayacaq - FOTO

Bir müddət əvvəl paytaxtın Əhməd Rəcəbli küçəsində 3.19 nişanı quraşdırılaraq geriyə- "Elit" ticarət mərkəzi istiqamətinə dönmə qadağan edildi. Lakin nişan düzgün yerdə quraşdırılmadığı üçün sürücülər haqsız yerə cərimələnirdi.

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri əraziyə yenidən baxış keçirərək həmin nişanın oradan götürülməsini təmin etdi. Bundan sonra sözügedən küçədə hərəkət edən sürücülər Cəfər Xəndan küçəsi ilə kəsişmədə geriyə rahat şəkildə manevr edə biləcəklər. Avtosfer