AVTO

12 Aprel

Chevrolet tarixində İLK - VİDEO

GM prezidenti Chevrolet markasının tarixində ilk elektrik pikapının buraxılacağını elan edib - bu, yeni platformada inşa edilən Silverado modeli olacaqdır. Söhbət sadəcə amerikan markasının bu gün təklif etdiyi Chevrolet Silverado pikapının daxili yanma mühərrikinin elektrik güc qurğusu ilə əvəzlənməsindən getmir.

Silverado elektrik pikapı, GMC Hummer EV pikapı kimi, yeni Ultium modul platformasında inşa ediləcək və platformasını bölüşdüyü Hummer ilə eyni yerdə - Detroytdakı modernləşdirilmiş Factory Zero zavodunda buraxılacaqdır.