AVTO

12 Aprel

Yen Porsche modeli satışa çıxarılır

Yeni nəsil Porsche 911 GT3 sportkarının satışının başlanması ərəfəsində, istehsalçı idman avtomobilinin sınaqlarından və xüsusilə də ciddi dözümlülük testlərindən danışıb.

Bildiyiniz kimi, Nurburqrinq yarış trekinin “Şimal İlgəyi” yeni Porsche GT3 modeli tam dövrədə (20,8 kilometr) 6: 59.927, 20,6 kilometrlik hissədə isə 6.55.2 vaxtını nümayiş etdirib ki, bu da əvvəlki modeldə olduğundan 17 saniyə azdır.

Bununla birlikdə, Porsche yeni 911 GT3 sportkarının dayanıqlığına da diqqət yetirib - istehsalçı avtomobilin saatlarla ən yüksək sürətlə hərəkət edə biləcəyini xüsusilə vurğulayıb.