AVTO

12 Aprel

Pagani Huayra yeni rodsterini təqdim edib - FOTO

Pagani Huayra BC rodsteri 2019-cu ilin yayında debüt edib. Məlum olduğu kimi, rodster 800 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 mühərriki, yeddi pilləli sekvental Xtrac transmissiyası və arxa oxdakı elektronika ilə idarələnən differensialla təchiz edilir.

Superkarın başlanğıc qiyməti 3,5 milyon dollar təşkil edir, tirajı isə 40 nüsxə ilə məhdudlaşır. İtalyan istehsalçısı müştərilərinə geniş fərdiləşdirmə imkanları da təklif edir. Kvebekdən olan iş adamı və kolleksiyaçı Olivye Benlulu da belə təklifdən yaralanmaq qərarına gəlib. Benlulunun sifarişi ilə hazırlanmış rodster Huayra BC Supernova (ulduzların parlaqlığının kəskin artması belə adlanır) adlandırılıb.