AVTO

12 Aprel

Daha bir model YENİLƏNİB

BYD Song Pro krossoverinin ikinci nəsli Çin bazarına 2019-cu ildə daxil olub və dərhal alıcıların diqqətini cəlb edib.

Hətta, pandemiyanın tüğyan etdiyi 2020-ci ildə, Nissan X-Trial və ya Mitsubishi Outlander modelləri ilə bənzər ölçülərə malik olan krossover 93 min nüsxədə satılıb. Bununla birlikdə, istehsalçı krossoveri yeniləmək qərarına gəlib. 4650 millimetr uzunluğunda malik olan yenilənmiş BYD Song Pro modeli zahiri cəhətdən demək olar ki, dəyişməyib.

Yenilənmiş krossoveri genişləndirilmiş radiator barmaqlığı və yeni tərtibatlı bamperləri sayəsində tanımaq olar. Ancaq başqa maraqlı məqam var: modelin ön emblemi indi ayrı lövhədə deyil, radiator barmaqlığının yuxarı çubuğunda yerləşir.