Aprelin sonlarında “RM Sotheby’s” hərracında nadir təkər diskləri satışa çıxarılacaq.
Motor.ru portalının məlumatına görə, orijinal disklər bu il 30 yaşı tamam olacaq əfsanəvi Bugatti EB110 avtomobilinə aiddir.
18 düym diametrli disklərin ön cütü 9, arxa cütü isə 12 düym enindədir.
Aprelin 21-dən 29-dək keçirilməsi planlaşdırılan hərracda disklərin 8-12 min avro aralığında satılacağı güman edilir.