Citroen şirkəti yenilənmiş C5 modelinin ilk tizerini dərc edərək onun debüt tarixini açıqlayıb. Yeni modelin təqdimatını 12 aprel tarixində keçirmək planlaşdırılır.
Fransız istehsalçısı C5 modelini krossover, universal və hetçbeklər arasındakı fərqləri silən bir avtomobil kimi səciyyələndirir. Bununla belə, modelin maraqlı dizayna malik olacağı da bildirilir – videotizerdə avtomobilin işıqdiodlarından hazırlanmış işıq texnikasına keçən radiator barmaqlığı nümayiş etdirilir. Eyni zamanda, çıxıntılı kapot və nəzərəçarpan formlara malik olan qanadlar da diqqəti çəkir. Avtomoblin arxa hissəsində qalın arxa dayağı, 3D tərtibatlı fənərləri və spoyleri görmək olar. Arxa şüşənin maraqlı forması da diqqəti çəkir.