AVTO

09 Aprel

Hyundai-dan YENİLİK

Hyundai şirkəti cari ilin əvvəlindən etibarən "qaynar" Kona N krossoverinin tizerlərini dərc etməklə məşğuldur, lakin krossoverin təqdimat tarixindən hələ də xəbər yoxdur.

Bu gün isə, istehsalçı növbəti tizerin əvəzinə bəzi detalları açıqlayıb. Gözlənildiyi kimi, Hyundai Kona N krossoveri Hyundai i30 N hetçbekindən tanış olan 280 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Ən maraqlısı odur ki, “qaynar” hetçbekin arsenalında olan mexaniki transmissiya krossoverdə quraşdırılmayacaqdır. N indeksini daşıyan bütün Kona modelləri iki “yaş” muftası olan səkkiz pilləli N DCT "robotu" ilə təchiz ediləcəkdirlər.