Rolls-Royce şirkəti 2021-ci ilin ilk rübündə avtomobil satışı üzrə rekorda imza atdığını elan edib. Britaniya markası son üç ayda, 116-illik tarixi boyu əldə etdiyi rekord rəqəmi açıqlayıb.
Satışların liderləri yeni Ghost limuzini və Cullinan krossoveri olub. 2021-ci ilin birinci rübündə avtomobillərin çatdırılması 2020-ci ilin eyni dövrü ilə müqayisədə 62% artıb. 1 yanvar - 31 mart tarixləri arasında markanın müştərilərinə 1380 avtomobil çatdırılıb. Beləliklə, şirkət 2019-cu ildə qeydə alınmış əvvəlki rüblük rekordu yeniləyib.