AVTO

09 Aprel

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Mühərrikin “yağ yemə” təhlükəsi

Əgər siz avtomobilinizi çox gücə salırsınızsa və yaxud maşınınızın motorunu həddindən artıq yükləyirsinizsə, o zaman  bunlara mütləq hazır olun. 
30 min kilometr sürdükdən sonra maşında nasazlıqlar başlayacaq. 60-70 min getdikdən sonra isə yavaş-yavaş “yağ yeməyə” başlayacaq.

Ancaq avtomobilinizi ehtiyatla idarə etsəniz, maşınınızın “yağ yemə” müddətini ən azı 3 dəfə artıra bilərsiniz. Avtomobilinizin motorunu heç vaxt yükləməmək, hər zaman asta sürətlə idarə etmək də problemlərə səbəb ola bilər.

Belə ki, maşını aşağı sürətlə idarə etdikdə, bundan başqa, hər zaman qarşılaşdığımız tıxaclar, avtomobilə lazım olan sərfiyyatı və motora gərəkli temperaturu ötürə bilmir.

Nəticədə maşındakı porşen və şamlar vaxtından əvvəl korlanır. Avtomobilinizin işə salınmasında problemlər yaşanır və katalizatorun iş fəaliyyəti azalır. Bunun qarşısını almaq üçün həftə sonları maşınınızı bir qədər uzaq məsafələrə sürün. Bu zaman avtomobiliniz istirahət etmiş olacaq.

Eyni zamanda qeyd etmək istərdik ki, sağlam  mühərrik üçün istifadə edilən yağların keyfiyyəti də olduqca önəmlidir.