AVTO

08 Aprel

Alfa Romeo Tonale modelinin təqdimatı təxirə salına bilər

Bu ilin payızında debüt etməsi planlaşdırılan yığcam Alfa Romeo Tonale krossoverinin təqdimatının təxirə salınması ehtimalı var.

Automotive News nəşrinin bildirdiyinə görə, italyan markasının icraçı direktoru Jan-Fillip İmparato, hibrid güc qurğunun məhsuldarlığından narazı qalıb və onun təkmilləşdirilməsini tələb edib. Yeni Alfa Romeo krossoverinin sentyabr ayında nümayiş olunacağı, noyabr ayında isə Avropa bazarında satışa çıxarılacağı güman edilirdi. Bununla birlikdə, krossoverin istehsala buraxılması ilə bir problem yaranıb - səbəb, şirkətin baş direktoru Jan-Fillip İmparatonun hibrid sistemin işindən narazı qalması olub. Hibrid qurğunun yenidən tənzimləməsinə üç ay və ya daha çox vaxt tələb oluna bilər.