AVTO

09 Aprel

“Honda” yolsuzluq avtomobilləri üçün yeni loqo təqdim edib

Yaponiyanın “Honda” şirkəti yolsuzluq avtomobillərini istehsal edəcək yeni “Trailsport” brendi üçün loqo qeydiyyatdan keçirib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“Honda”nın avtomobillərinin yolsuzluq versiyalarını ayrı brend adı altında istehsal etmək planları 2020-ci ilin yayında məlum olmuşdur. Onda yaponlar “Trailsport” ticarət markası üçün müraciət göndəriblər.

Bildirilir ki, vaxt keçdikcə “Honda” yeni “CR-V”, “HR-V”, “Pilot”, “Passport” və “Ridgeline” modellərini istehsal etməyə başlayacaq.

9 martda şirkətin yeni “Civic” avtomobilini patentləşdirməsi xəbəri yayılmışdır. Modelin istehsalına 2021-ci ildə başlanılacaq.

Xarici görünüş baxımdan avtomobil əvvəlki nəsillərdən yan güzgüləri, dəyişdirilmiş faraları və radiatoru ilə fərqlənir. Salonda rəqəmsal alət paneli və doqquz düymlük ekranlı multimedia sistemi quraşdırılıb.