AVTO

02 Aprel

MG Cyberster rodsteri yeni markanın carçısı olacaq

Çinin SAIC konserninə məxsus olan MG şirkəti krossover istehsalına üstünlük versə də, kiçik və çevik idman avtomobilləri buraxmaq xəyalları qurur.

Bu səbəbdən də, istehsalçı altmışıncı illərin klassik MGB modelindən ilham alınaraq yaradılan MG Cyberster konsept avtomobilini hazırlayıb.

Yeni sportkar aprel ayında işinə başlayacaq Şanxay avtosalonunda nümayiş etdiriləcəkdir. Konseptin dizaynı üzərində, Londonda yerləşən və Karl Qothemin rəhbərlik etdiyi SAIC Advanced Design Center studiyasının  dizaynerləri  işləyib. Rodsterin əsas xüsusiyyəti qeyri-adi işıq texnologiyası olacaqdır.

Məsələn, Magic Eye fənərləri həqiqi gözlər üslubunda modelləşdirilib və aktivləşdirildikdə açılan “göz qapaqlarına” malikdirlər. Arxa işıqlarda Union Jack mövzusundan istifadə edilib, əlavə olaraq bütün kuzov diod xətlər ilə örtülüb.