Volkswagen şirkətinin adını Voltswagen’ə dəyişdirməsi ilə bağlı olan 1 aprel zarafatı ABŞ-ın Qiymətli Kağızlar Komissiyasının (QKK) araşdırmasına səbəb olacaqdır.
CNN Business nəşrinə müsahibə verən Uoll-Strit analitiklərinin gəldiyi nəticə budur.
Xatırladaq ki, 29 martda Volkswagen of America bölməsi, bu gündən etibarən avtomobillərin elektrik gərginliyinin ölçü vahidi olan voltun şərəfinə adlandırılmış yeni Voltswagen markası altında satılacağının bildirildiyi mətbuat açıqlamasını mətbuata sızdırıb. Xatırladaq ki, gərginliyin ölçü vahidi alim Alessandro Voltun adını daşıyır.