AVTO

02 Aprel

Toyota Corolla universalı Active Ride versiyası

Avropada Corolla modeli Corolla Trek adlanan kross-universal versiyasında təklif edilir. Belə variant artırılmış klirensə və qara plastikdən kuzov dəstinə malikdir. İndi buna bənzər versiya, Corolla modelinin bir qədər yığcam versiyasının satıldığı Yaponiyada da debüt edib.

Ancaq yaponlar daxili bazarda "krossover" xüsusiyyətlərinə qənaət etməyi üstünlük veriblər. Yeni Toyota Corolla Touring Active Ride baza universalından qara dekoru ilə fərqlənir: təkər diskləri, güzgü gövdələri, kandar örtmələri, dam reylinqləri və digər elementlər bu rəngə boyanır. Əlavə ödəniş ilə damı da qara rəngə bouatdırmaq olar.

Kuzovun titul rəngi orijinal palitrada olmayan xaki (bundan başqa, ağ və qara rənglər təklif olunur) rəngidir. Salondakı yeganə fərq - narıncı tikişləri olan tünd tərtibatdır.