AVTO

02 Aprel

Volkswagen yeni modelinin debut tarixini açıqlayıb

Volkswagen şirkəti yeni Transporter 7 furqonunun və Amarok pikapının ikinci nəslinin debüt tarixini açıqlayıb. Məlumat alman konserninin təşkil etdiyi onlayn mətbuat konfransı zamanı verilib.

Bundan əlavə, şirkət nümayəndələri T6.1 furqonun gələcək taleyi barədə də məlumat veriblər. Gələcək yeniliklər haqqında təfərrüatları ilə bölüşmək üçün virtual səhnəyə Volkswagen şirkətinin kommersiay direktoru Karsten Intra çıxıb. Top menecer yeni T7 minivenının bu ilin iyun ayında təqdim ediləcəyini bildirib.

Yeni model yalnız sərnişin versiyasında debüt edəcəkdir. Kommersiya  furqonu rolunu T6.1 modeli ifa edəcəkdir –  furqonunyenilənmiş versiyasının debütü T7 modelinin təqdimatından sonra baş tutmalıdır.