AVTO

31 Mart

Lexus yeni elektrokarına doğru ikinci addım

2005-ci ildən bəri Lexus şirkəti iki milyona yaxın hibrid avtomobili istehsal edib, lakin yapon markası orijinal elektromobillərin istehsalına doğru yavaş-yavaş irəliləyir.

Bu günə Lexus markasının model xəttində yalnız bir elektrokar var - o da, daxili yanma mühərriki olan UX 300 krossoverinin əsasında yaradılan UX 300e krossoveridir. Bu istiqamətdə addım, il yarım bundan əvvəl nümayiş etdirilmiş qeyri-adi Lexus LF-30 Electified konsepti ilə atılıb. İndi isə, başqa bir avtomobil təqdim olunur. Təəssüf ki, bu da konsept avtomobildir, lakin reallığa daha çox yaxındır.