AVTO

31 Mart

Volkswagen adını dəyişir

Bazar ertəsi, Qərb mediası ABŞ-da Volkswagen şirkətinin yeni adının İnternet şəbəkəsinə sızmış sənədlərdə aşkarlandığını bildirib.

Alman şirkəti ABŞ-da Voltswagen adlanacaqdır. Bir çoxlarının erkən 1 aprel zarafatı kimi qəbul etdiyi məlumatlar həqiqətə çevrilib: alman markası Amerika bazarında adını dəyişdirəcəyini rəsmən təsdiqləyib.

Şirkətin amerikan saytında yayımlanan mətbuat açıqlamasında Volkswagen of America bölməsinin tezliklə Voltswagen of America adlandırılacağı bildrlir. Rebrendinqin bu ilin may ayında keçirilməsi planlaşdırılır. Ad dəyişikliyinin səbəbi şirkətin inkişaf vektorunun e-mobilliyə doğru istiqamətlənməsidir.

Ad dəyişikliyi, həm də Amerika bazarında yeni “yaşıl” modelin - keçən payızda debüt etmiş ID.4 yığcam elektrik krossoverinin satışlarının başlanması ilə üst-üstə düşür.