2020-ci ildə yeni elektrik və hibrid avtomobillərin satışına görə Almaniya ABŞ-ı geridə qoyub.
Fins.az-ın məlumatına görə, ən iri elektrik və hibrid avtomobil bazarı Çin olmaqda davam edir. Ötən il bu ölkədə 1,25 milyon yeni elektrik avtomobil qeydiyyata alınıb. Almaniyada qeydiyyata alınan avtomobillərin sayı 395 minə yaxın olub.
Eyni zamanda ötən il ölkədə elektrik və hibrid avtomobillərin satışı 264 faiz artım nümayiş etdirib. ABŞ yeni elektrik avtomobillərin sayına görə üçüncü olub.
Bu ölkədə ötən il 322 avtomobil qeydiyyata alınıb Bütün dünyada ötən il qeydiyyata alınan elektrik və hibrid avtomobillərin sayı 3,18 milyona bərabər olub. Həmin avtomobillərin istehsalçılarının ilk beşliyində ABŞ-ın "Tesla", Almaniyanın "Volkswagen" və BMW, Çinin SAIC və BYD şirkətləriyer alıb.
© Trend