AVTO

09 Mart

Jeep şirkəti Cherokee adından imtina edə bilər

Jeep markasının daxil olduğu Stellantis konserninin rəhbəri, hinduların artan narazılığı səbəbindən amerikan markasının Cherokee adından imtina edə biləcəyini söyləyib.

Qəbilələrdən birinin lideri, model adlarında Cherokee sözünün istifadəsinin tamamilə qadağan olunmasını israrla davam edir.

Fevral ayının sonlarında ABŞ federal hökuməti tərəfindən tanınan üç ən böyük çeroki qəbiləsindən biri olan Cherokee Nation qəbiləsinin hazırkı başçısı, Cherokee adının avtomobillərdə istifadə edilməsinin “xalqına hörmətsizlik olduğunu” söyləyib. Çak Hoskin-cuniorun fikrincə, hörmətin ən yaxşı nümayişi onların tarixinin, mədəniyyətinin və dilinin öyrənilməsi olardı.

Ancaq Jeep şirkəti bununla razılaşmayıb. Marka rəhbərliyi öz ismarıcında açıq dialoqa çağırıb və modellərin adlarının “diqqətlə seçildiyini” və əksinə “Amerikanın yerli sakinlərini təriflədiyini” bildirib.