Chiron modelinə əsasında yaradılan və fransız yarışçı Albert Divonun adını daşıyan Bugatti Divo kupesi 2018-ci ilin yayında təqdim edilib.
Hiperkarın 40 nüsxədən ibarət olan bütün tirajı öz müştərisini tapmışdı. Ancaq bu yalnız başlanğıc idi. Avtomobillərin təchizatı barədə razılığa gəlmək və onları yığmaq iki il çəkib: Bugatti Divo hiperkarının ilk əmtəə variantı yalnız 2020-ci ilin avqust ayında müştərilərə təhvil verilib! Bu gün fransız istehsalçısı nüsxələrdən biri barədə ətraflı danışmağa qərar verib, çünki Bugatti mütəxəssisləri onun üzərində uzun müddət işləməli olublar.