AVTO

02 Mart

Bu il Bakıda keçiriləcək “Formula-1”dəki YENİLİKLƏR

Bu il keçiriləcək “Formula-1” üzrə dünya çempionatında bir sıra dəyişikliklər olacaq.

Fins.az xəbər verir ki, bu il çempionatda yarışan hər komandanın büdcəsinin 145 milyon dollardan çox olmaması qərarı verilib.

Həmçinin bu məbləğin 2026-cı ilədək 100 milyon dollaradək aşağı endirilməsi planlaşdırılır.

Builki yarışlar əvvəlki illərdən fərqli olaraq dörd gün ərzində keçirilməyəcək. İndi yarışlar üçün üç gün kifayət edəcək.

Qırmızı bayraqla dayandırılan yarışların müddəti isə əvvəlki kimi dörd saat müddəti əhatə etməyəcək. İndi yarışın bitmə vaxtı üç saatdan artıq ola bilməz.

Qeyd edək ki, bu il Bakıdakı yarış 4-6 iyun tarixlərində keçiriləcək. Bakıda keçiriləcək beşinci yarış azarkeşsiz baş tutacaq. Həmçinin əvvəlki illərdə olduğu kimi, dörd gün ərzində məşhur dünya pop ulduzlarının iştirakı ilə konsert təşkil olunmayacaq.