Artıq bir müddər ki, KX11 adı ilə tanınan və hələ də tam olaraq debüt etməmiş ən iri Geely krossoveri öz adını alıb.
Bu ad yalnız Çin bazarı üçün nəzərdə tutulub - Geely XingYue L. Əslində, bəzi bazarlarda Geely Tugella kimi tanınan kupeşəkilli krossover də Çində XingyYe adını daşıyır. Çox güman ki, L prefiksi Large, Luxury, Liberate ("böyük, lüks, azad") sözlərinə işarədir. Bununla birlikdə, Geely XingYue L modeli ixraca gedərsə, şirkətin digər modellərində olduğu kimi, onun üçün fərqli bir ad tapılacaqdır.