Çinin “Geely Holdings Group” avtomobil istehsalçısı 2021-ci ildə kommersiya peykləri buraxmağa başlayacaq.
Bu barədə şirkətin açıqlamasında deyilir.
Çinin Dövlət İnkişaf və İslahatlar Komitəsi “Geely Technology Group”a məxsus zavodda peyk istehsalının təşkilinə icazə verib.
Beləliklə, “Geely” Çində ticari istifadə üçün kosmik aparatlar istehsal edə biləcək ilk avtomobil istehsalçısı olacaq.