Yanvar ayında 1,5 milyard ABŞ dollarına 48 000 bitkoin satın alan “Tesla” şirkəti artıq onlar vasitəsilə 2020-ci ildə elektrikli avtomobil satışından qazandığından daha çox qabağa düşüb.
Bu barədə RBK “Bitcointreasury” resursunun məlumatlarına istinadən məlumat yayıb.
Belə ki, yanvarda alınan bitkoinlərin dəyəri artıq 2,58 milyard ABŞ dollarına çatıb. Başqa sözlə, kriptovalyuta təkcə bir aya avtomobil istehsalçısına təxminən 1,08 milyard ABŞ dolları qazandırıb.
Müqayisə üçün qeyd edək ki, “Tesla” 2020-ci il ərzində elektromobillərin satışından 721 milyon ABŞ dolları qazanıb. “Bitkoinə investisiya qoymağın şirkət üçün əsas işindən daha sərfəli olduğu ortaya çıxdı”, - “The Times” yazıb.
Avtomobil istehsalçısı hələlik kriptovalyuta qiymətlərindəki artımdan əldə etdiyi mənfəəti qeydiyyatdan keçirmək niyyətində deyil. Bitkoinlər şirkət onları satmağı qərara alana qədər qeyri-məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər sayılacaq.
Daha əvvəl “Tesla”nın rəhbəri İlon Mask şirkətin bitkoinə yatırımını riskli adlandırmış və 1,5 milyard ABŞ dolları dəyərində kriptovalyuta alışı qərarını onun vermədiyinə eyham vurmuşdu. Milyarderin fikrincə, bitkoinə investisiya qoymaq “SP 500” indeksindən olan bir şirkət üçün olduqca riskli strategiyadır.
Ardından Mask kriptovalyutanın adi pullar kimi barter mübadiləsi narahatçılığının qarşısını alan məlumat toplusu olduğunu söyləyib. Bu baxımdan “Tesla” rəhbəri bitkoinin dəyərinin şişirdilmiş olduğunu düşünür.