AVTO

22 Fevral

Azərbaycan nə qədər hibrid avtomobil alıb?

2021-ci ilin yanvar ayı ərzində ölkəyə idxal edilən daxili yanma mühərrikli avtomobillərlə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən və yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı açıqlanıb.

Müvafiq dövrdə Azərbaycana daxili yanma mühərrikli avtomobillərlə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 459 ədəd avtomobil idxal edilib.

Onların ümumi idxal dəyəri 2 milyon 321,3 min dollar təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə idxal həcmi 30,3 faiz və ya 200 ədəd az olub.

Eləcə də, ötən ay yalnız elektrik mühərriklə hərəkətə gətirilən iki ədəd avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 358,5 min dolları əhatə edib. 2020-ci ilin yanvar ayı ilə müqayisədə idxal həcmi 3,5 dəfə və ya beş ədəd az olub.