AVTO

19 Fevral

Morgan xüsusi seriyadan modelini buraxacaq

Klassik idman avtomobillərinin istehsalı ilə məşhurlaşmış Morgan şirkəti səkkiz silindrli mühərrik ilə təchiz edilmiş ən “bərkgedən” modellərini 2018-ci ildə təmtəraqla istefaya göndərib.

Ancaq, “bərkgedən” Morgan avtomobillərini almağa imkan tapmamış həvəskarların öz xəyallarını gerçəkləşdirilməsi üçün yeni (son?) fürsət yaranıb. Bununla birlikdə, britaniyalılar əvvəlki plandan imtina etmirlər və V8 mühərriki ilə təchiz edilən modellər istehsal proqramında bir daha görünməyəcəkdirlər.

Ancaq necə deyərlər – sən saydığını say, gör fələk nə sayır. İş orasındadır ki, 2018-ci ildən əvvəl istehsal olunan və reallaşmamış layihə üçün nəzərdə tutulmuş hazır şassilər yenidən fabrikə qaytarılıb.