Nissan şirkəti rəsmi olaraq, Avropa bazarı üçün nəzərdə tutulan, üçüncü nəsil Qashqai krossoverini təqdim edib.
Nəsil dəyişikliyi ilə krossoverin ölçüləri böyüyüb, xarici və daxili dizaynı dəyişdirilib, həmçinin ötürmələr qutusunun yerində elektrik mühərrikinin quraşdırıldığı e-Power güc qurğusunu əldə edib.